Ukraynanın Jitomir vilayətinin Novoqrad-Volınski şəhərinin tarixi Zvyaqel adı bərpa edilib.
AzerTimes xəbər verir ki, şəhərin tarixi adının qaytarılmasına yerli sakinlər təşəbbüs göstəriblər.
Qeyd edək ki, XV əsrdən bəri Zvyaqel adlandırılan bu şəhər 1793-cü ilə qədər Reç Pospolitanın tərkibində olub. 1793-cü ildə Rusiya imperiyasının tərkibinə keçən şəhərin adı“Novoqrad-Volınskiyə dəyişdirilib.