Ukrayna səfiri Yunanıstan XİN-ə çağırıldı

Ukrayna səfiri Yunanıstan XİN-ə çağırıldı

Ukrayna səfiri Sergey Şutenko Kiyevdən gələn sanksiya hədələrinə görə Yunanıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bir neçə gün əvvəl Yunanıstan Xarici İşlər Nazirliyinə Ukrayna diplomatik nota göndərib, orada Rusiyada fəaliyyət göstərən 7 yunan şirkəti ilə bağlı dəqiqləşdirmələr tələb olunub.

Bildirilib ki, Ukrayna hadisələri ilə bağlı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalmır. Buna baxmayaraq, Ukrayna Yunanıstanı bu firmaların Rusiyada işləməyə davam etməsinə görə sanksiyalarla hədələyib.

Şutenko müvafiq notanı ölkəsinin tələbi ilə göndərdiyini, eyni zamanda yunan şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər izahatlara malik olmadığını iddia edib.

Teqlər: