Ukrayna səfiri xalqımızı təbrik etdi

Ukrayna səfiri xalqımızı təbrik etdi

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə o, feysbukda paylaşım edib.

“Qardaş Azərbaycan xalqı, biz ukraynalılar, köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim əmin-amanlıq hökm sürsün! “, – paylaşımda deyilir.

Teqlər: