Ukrayna səfiri Petr Vrublevskinin Qazaxıstandan qovulması xəbəri yalandır.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, diplomat hazırda məzuniyyətdədir.
Qeyd edək ki, bundan öncə Rusiya mediası ukraynalı səfirin guya bütün rusları öldürməklə bağlı çağırış etdiyini və bu səbəbdən rəsmi Nur-Sultanın tələbi ilə ölkədən qovulduğunu yazmışdı.