Ukrayna səfiri Laçında İlham Əliyevə təşəkkür etdi

Ukrayna səfiri Laçında İlham Əliyevə təşəkkür etdi

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün Feysbuk səhifəsində yazıb.

“Mən Laçın şəhərində olarkən Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirdim. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”, – o vurğulayıb.

Teqlər: