Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə,
bütün Azərbaycan xalqına belə bir böhranlı zamanda, Ukrayna üçün
çətin bir zamanda Ukraynaya mühüm humanitar yardım göstərdiyinə
görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə Ukraynanın
Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Bunun Azərbaycanın Ukraynaya ilk humanitar yardımı olmadığını
qeyd edən səfir çatdırılan yükün hazırda atəş altında olan yüzlərlə
dinc sakinin həyatını xilas edəcəyini vurğulayıb.
“Azərbaycandan Ukraynaya məhz hazırda ehtiyac duyulan şeylər –
dərman, tibbi avadanlıqlar, qida göndərilir. Azərbaycan və Ukrayna
uzun illər nümayiş etdirib ki, biz sadəcə strateji tərəfdaş
deyilik, həm də dostuq”, – deyə səfir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)