Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, səfir təbrikini Tvitter səhifəsində yazıb.
“Azərbaycan xalqını yazın qış, xeyirin şər, işığın zülmət üzərində qələbəsini simvolizə edən Novruz bayramı münasibətilə təbrik edirik! Bu bayram həm də Ukrayna üçün rəmzidir”, – paylaşımda deyilib.