Ukraynada münaqişənin qalibi məsələsi həllolunmazdır.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban Vişeqrad qrupu ölkələrinin baş nazirlərinin görüşündən sonra deyib.
“Macarlar görürür ki, Rusiya Ukraynaya qalib gələ bilməyəcək. Lakin həm də Qərbin dəstəklədiyi Ukrayna da Rusiyaya qalib gələ bilməyəcək. Belə situasiyada insanların həyatını xilas etmək və tez bir zamanda sülh danışıqları aparmaq labüddür”, – deyə Orban bildirib.