Türkiyə Ukrayna münaqişəsi ilə bağlı balanslaşdırılmış siyasət yeritməkdə əvvəldən haqlı idi.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz əvvəldən Ukraynada sülhün və sabitliyin təmin edilməsi üçün səylər göstərmişik. İki qonşumuza qarşı ədalətli davranaraq, balanslaşdırılmış siyasət yürütməklə, münaqişə alovunun Qara dəniz hövzəsinə yayılmasına imkan verməmişik. Hətta bizi tənqid edənlər də indi bizim haqlı olduğumuzu etiraf edirlər”, – Ərdoğan bildirib.