Ukraynada müharibə təkcə hərbi əməliyyatlar nəticəsində deyil, həm də siyasi həll yolu ilə başa çatacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Le Monde” qəzetinə müsahibəsində deyib.
“Biz hamımız başa düşürük ki, bu, təkcə yerdəki hərbi əməliyyatlar nəticəsində deyil, həm də siyasi nizamlanma nəticəsində başa çatacaq.
Ukraynanın lazımi təhlükəsizlik təminatlarını alması və Rusiyanın təcavüzünün dəf edilməsi çox vacibdir”, – o bildirib.