Ukrayna savaşı davam etdirməlidir, əks halda… – Berbok

Ukrayna savaşı davam etdirməlidir, əks halda… – Berbok

İndi Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etmək üçün heç bir diplomatik vasitə yoxdur. Ona görə də Ukrayna mübarizəni davam etdirməlidir.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Müharibə bir şəkildə bitsəydi, yaxşı olardı, amma Ukrayna indi özünü müdafiə etməyi dayandırsa, bu, müharibənin yox, Ukraynanın sonu demək olacaq, müharibə başqa ölkələrə hücumlarla davam edəcək”, – A.Berbok bildirib.

Nazir əlavə edib ki, indi soyuq müharibə dövründən fərqli olaraq ABŞ, NATO və Kreml arasında “qaynar xətt” işləmir, çünki Putin Alyansı özünün əsas düşməni elan edib.

Teqlər: