Ukrayna savaş meydanında uğur qazanmalıdır

Ukrayna savaş meydanında uğur qazanmalıdır

NATO Ukrayna üçün məqbul sülh sazişi əldə etmək istəyir və buna görə də Kiyevə hərbi yardımın artırılmasını zəruri hesab edir.

AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

“İstənilən münaqişə gec-tez danışıqlar masası arxasında başa çatır. Lakin biz münaqişənin Ukrayna üçün məqbul olan sülh yolu ilə həllini istəyirik və bunu döyüş meydanındakı uğur müəyyən edir”, – Stoltenberq söyləyib.

Onun sözlərinə görə, NATO ölkələri Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələrin nəticələrini nəzərə alaraq, ona silah, hava hücumundan müdafiə sistemləri və yanacaq tədarükünü genişləndirməlidir.

Teqlər: