Xarici turistlərin azlığı və ukraynalıların maliyyə problemləri səbəbindən Qərbi Ukraynada sanatoriyalar demək olar ki, boşdur və ya tamamilə bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Turizmin İnkişafı Mərkəzinin direktoru Vladimir Tsaruk jurnalistlərə bildirib.
“Müharibə dövründə ölkə turizm hayında deyil, onun fəaliyyəti çox aşağı səviyyədədir. Məsələn, Truskavetsdə və ya Sxidnitsiyada sanatoriyalar ya tamamilə bağlanır, ya da minimum səviyyədə doldurulur, çünki insanların istirahətə və müalicəyə imkanları yoxdur. Xarici turistlər isə buraya gəlmir, çünki Ukraynada müharibədir”, – deyə Tsaruk bildirib.