Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri Rusiyanın işğalı altında olan Krım yarımadasında xüsusi əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
Əməliyyat nəticəsində “Şahid” pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini gücləndirmək üçün istifadə olunan obyekt partladılıb.
Məlumata görə, “Çitadel” əməliyyatı mürəkkəb və effektiv olub.
Əməliyyat nəticəsində Qara dənizdə gəmilərin daha təhlükəsiz hərəkətini təmin etmək və Rusiyanın hərəkətlərini məhdudlaşdırmaq mümkün olub.