Ukrayna S-400-lərin qarşısını yalnız bu cür ala bilər

Ukrayna S-400-lərin qarşısını yalnız bu cür ala bilər

Hələlik Ukraynanın Rusiyanın S-300 və S-400 raketlərindən müdafiəsi üçün yeganə variant buraxılış qurğularının birbaşa mövqelərində məhv edilməsidir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 14-də səhər saatlarında ruslar Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin zenit-idarə olunan raketləri ilə şimaldan Kiyevə hücum edib:

“Bu cür atışların həyata keçirildiyi ərazidən yekun məlumatlar açıqlanmayıb, lakin “Belarus Gayun” monitorinq qrupunun analitikləri hesab edirlər ki, Rusiyanın Bryansk vilayəti S-400 ilə 48N6DM raketlərinin buraxılış sahəsi olub”.

Həmçinin ekspertlər Ukrayna ilə sərhəddən 20 km aralıda, Qomel yaxınlığında yerləşən Belarusun “Zyabrovka” aerodromundan atəşə tutulmasını istisna etmirlər. Məhz Belarusdakı bu aerodrom artıq rəsmi olaraq Çerniqov vilayətində yerüstü hədəflərə zərbələr endirmək üçün S-300-lərin buraxılış sahəsi kimi müəyyən edilib.

Teqlər: