Rusiya hərbi bölmələri artıq işğalda olan Xersona ehtiyat qüvvələr gətirə bilmir. Ukrayna ordusu onların logistikasını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qumenyuk deyib.
O bildirib ki, regionda bir neçə nəqliyyat-kommunikasiya yolları qalsa da, onlar Ukrayna ordusu tərəfindən müntəzəm olaraq atəş altında saxlanılır.