Bu gecə rus ordusu Ukraynaya 30 ədəd dəniz, hava və qurudan qanadlı raket hücumu həyata keçirib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
“Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələrindən 22 ədəd X-101/X-555 qanadlı raketi, Qara dənizdəki gəmilərdən 6 ədəd “Kalibr”, eləcə də 2 ədəd “İsgəndər” raketi atılıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 29 raket və 2 “Şahid-136/131” və 2 operativ-taktiki kəşfiyyat PUA-sını məhv edib”, – Zalujnı bildirib.