Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Rusiya qüvvələrinin tam sıxışdırılmasına imkan verməyəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli CNN telekanalına müsahibəsində bildirib.
“Hücum əhəmiyyətli olsa da, məhdud əməliyyat və taktiki hədəflərə malikdir. Burada məqsədlərə tam nail olunsa belə, rusları tamamilə çıxarda bilməyəcəklər”, – deyə Milli bildirib.