Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi

Ukrayna rusları bu ərazilərdən çıxmağa məcbur etdi

Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücum əməliyyatı üçün bütün zəruri komponentlər mövcud olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy deyib.

“Optimist olmalıyıq, amma reallıqlara arxalanmalıyıq. Ona görə də bunu nəzərə alaraq, retrospektivə baxmalıyıq – bir il ərzində nələrə nail olmuşuq. Biz paytaxtı saxlaya bildik, düşməni ordan uzaqlaşdırdıq. Düşməni şimaldan, Xarkov vilayətindən, Limandan və Xersondan geri çəkilməyə məcbur etdik”, – Çerevatıy bildirib.

Onun sözlərinə görə, bütün lazımi komponentlər mövcud olduqda əks-hücum həyata keçiriləcək.

Teqlər: