Martın ortalarından etibarən ruslar Ukraynada Danimarkanın ərazisindən daha böyük ərazilərə nəzarəti itiriblər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya qüvvələri 16 iyulda hücum əməliyyatlarını bərpa etdikdən sonra təxminən 450,84 kvadrat kilometr, yəni Andorra boyda yeni ərazi tutublar. Amma rus qoşunları Ukraynada martın 21-dən bəri təxminən 45 min kvadrat kilometr ərazini itiriblər. Bu isə Danimarkadan daha böyük bir ərazini əhatə edir”, – məlumatda deyilib.