Ukrayna hökuməti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
“Nazirlər Kabineti müvafiq qərar qəbul edib, ona əsasən ruslar üçün viza rejimi 2022-ci il iyulun 1-dən başlayacaq”, – o, Teleqram kanalında yazıb.