Ukrayna Rusiyaya sanksiyaları ləğv edir

Ukrayna Rusiyaya sanksiyaları ləğv edir

İyunun 2-də İstanbulda keçiriləcək danışıqlar üçün hazırlanan memorandumda Ukrayna Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə razılıq verib.

AzerTimes xəbər verir ki, bu barədə “İctimai xəbərlər” nəşri məlumat yayıb.

“Sanksiyalara gəlincə, bəzi məhdudiyyətlər Rusiyadan götürülə bilər, lakin mərhələli şəkildə və yalnız tədricən”,- qeyd olunub.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılır.

Teqlər: