Ukrayna Rusiyaya kütləvi hücuma keçdi

Ukrayna Rusiyaya kütləvi hücuma keçdi

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod səmasında 35 ədəd “Vampir” və “Olxa” raketi, həmçinin 3 ədəd PUA vurub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ötən gecə Kiyevin Rusiya ərazisindəki hədəflərə “Olxa” və “Vampir” reaktiv yaylım atəş sistemi, eləcə də təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Müdafiə sistemləri Belqorod ərazisində 3 ədəd “Olxa”, 32 ədəd “Vampir” raketini və üç ədəd PUA-nı məhv edib”, – məlumatda deyilir.

Teqlər: