Ukrayna Rusiyaya ehtiyat hissələri göndərir – Şok

Ukrayna Rusiyaya ehtiyat hissələri göndərir – Şok

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri “Avia FED Service” şirkəti Rusiya aviasiya sənayesini ən azı 650 milyon rubl dəyərində ehtiyat hissələri ilə təmin edib. Üstəlik, bunun da 370 milyon rublu Ukraynanın payına düşür.

AzerTimes xəbər verir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) araşdırmasında qeyd olunub.

Bildirlib ki, 2022-ci ilin fevralından 2023-cü ilin iyuluna qədər “Avia FED Service” gömrük bəyannamələrinə əsasən, Xarkov maşınqayırma zavodu tərəfindən istehsal olunan An-124 təyyarələrinin təmiri üçün təxminən 120 milyon rublluq ehtiyat hissələri, Kiyevdəki “Radar” zavodundan Ka-32 helikopterlərinin lokasiya stansiyaları üçün 67 milyon rubldan çox ehtiyat hissələri, “Motor Siç” tərəfindən istehsal olunan An-24 və An-12 mühərriklərinin təmiri üçün ehtiyat hissələri, Kiyevin “Artyom” zavodunun və Ukraynanın digər müəssisələrinin təxminən 170 milyon rublluq məhsullarını idxal edib.

Məlumata görə, Ukrayna məhsulları ilə yanaşı şirkət Fransa, ABŞ və Böyük Britaniyadan ehtiyat hissələri alıb.

Qeyd edək ki, Rusiyanın “Avia FED Service” şirkəti 1993-cü ildə Xarkov Maşınqayırma Zavodunun nümayəndəliyi kimi yaradılıb. Şirkətin indiki lideri Luqanskdan olan Aleksandr Reşetnikdir. “Avia FED Service”in müştəriləri Rusiya Müdafiə Nazirliyi, “Rostex” dövlət korporasiyasının müəssisələri və Rusiya prezidentinin “Rusiya” xüsusi uçuş heyətidir.

2014-cü il Ukraynanın şərqindəki münaqişə və Krımın işğalından sonra Xarkov maşınqayırma zavodu şirkətə məhsul tədarükünü dayandırıb, 2018-ci ildə isə “Avia FED Service” sanksiyaya məruz qalıb.

OCCRP jurnalistləri qeyd edirlər ki, hətta sanksiyalar belə Ukrayna ehtiyat hissələrinin Rusiya aviasiya sənayesinə tədarüklərini dayandırmayıb.

“Avia FED Service”in təsisçiləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Linker” şirkətini qeydiyyatdan keçiriblər. Bu şirkət dünyanın istənilən yerinə Mi-8, Mi-17, Ka-32 helikopterlərinin hissələrinin tədarükü üzrə ixtisaslaşıb. Şirkətin meneceri Ukraynanın Çerniqov şəhərindən olan Andrey Kurta, sahibi isə daha bir ukraynalı Aleksey Palçikdir.

Teqlər: