Gecə saatlarında Ukrayna ordusu Sevastopol limanına raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Kilen-buxtada Qara dəniz donanmasına məxsus gəmilərin təmiri ilə məşğul olan zavod vurulub. Zərbələr nəticəsində Rusiyanın iki gəmisi ciddi zədələnib.
Rusiya Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Nazirliyin məlumatında bildirilib ki, Ukrayna ordusu Orconikidze adına gəmi təmiri zavoduna 10 raket atıb və Qara dənizə çıxan gəmilərə 3 dəniz dronu ilə hücum edib:
“Hava hücumundan müdafiə sistemləri vasitəsilə raketlərdən 7-si zərərsizləşdirilib, “Vasili Bıkov” patrul gəmisi isə dəniz dronlarının hamısı məhv edilib. Zavoda 3 raketin düşməsi nəticəsində iki gəmi zədələnib”.