“Vulkano” yüksək dəqiqlikli artilleriya mərmiləri 80 kilometrə qədər məsafədə düşmən hədəflərini məhv etmək xüsusiyyətinə malikdir.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.
“Mərmilər Fransanın “Sezar” özüyeriyən silahları və Almaniya haubitsaları ilə (Panzerhaubitze 2000) uğurla sınaqdan keçirilib. Bu cür sursatlar düşmənin komanda məntəqələri və ya kompakt hədəflərini məhv etmək üçün istifadə ediləcək”, – ekspert bildirib.
Kiriçevskinin sözlərinə görə, amerikan HİMARS sistemlərinə görə ruslar artıq öz sursat anbarlarının konsentrasiyasını azaltmağa başlayıb. İndi Ukrayna Silahlı Qüvvələri bu hədəfləri “Vulkano” mərmiləri vasitəsilə vuracaq.
Mütəxəssisin sözlərinə görə, dünyada bu mərmilərin sayı 2 minə yaxındır.
Qeyd edək ki, Almaniya Ukraynaya bu mərmilərdən 225 ədəd verəcəyini bildirib.