ABŞ öz silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verməyib, bu siyasət dəyişməz olaraq qalır.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.
Pentaqon rəhbəri xatırladıb ki, ABŞ Prezidenti Co Bayden Amerika silahlarından yalnız Ukraynanın Xarkov vilayəti ilə həmsərhəd olan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyə icazə verib.