Bu gün səhər hava hücumundan müdafiə qüvvələri şərq istiqamətində Rusiyanın Su-34 qırıcı-bombardmançı və Su-35 qırıcısını vurub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat yayıb.
“19 fevral 2024-cü il səhəri. Şərq istiqaməti. İşğalçının daha iki təyyarəsi! Bu, bizim torpağımız və səmamızdır! Hərbi işinizə görə hamınıza təşəkkür edirik! Davamı olacaq!” – o yazıb.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də təsdiqləyib.