Ukraynanın hava hücumundan müdafiə sistemi bu qış mərmi çatışmazlığı səbəbindən Rusiya ordusunun bütün hücumlarını dəf edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu ingiltərəli hərbi analitik Cimmi Raşton deyib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatında olan “Patriot” zenit-raket kompleksləri üçün ələ keçirən raketlərin potensial çatışmazlığı xüsusi narahatlıq yaradır.