Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Əgər Qərb lazımi silahları təmin edərsə, bu müharibədə Ukrayna Silahlı Qüvvələri qalib gələcək.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, Almaniyanı və digər tərəfdaşları ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıb:
“Hər birlik bizi gücləndirir, özümüz və bütün Avropa üçün sülhü qoruyacağımız günə yaxınlaşmağa imkan verir”.
Kuleba bildirib ki, Ukraynanın ən çox reaktiv yaylım atəş sistemi və 155 mm-lik artilleriya sistemlərinə ehtiyacı var.
“Sovet istehsalı döyüş sursatları tükənmək üzrədir, lakin NATO-nun silahları ilə ehtiyatımız sürətlə artır. Bizə daha çox sistem lazımdır”, – o deyib.