Ukraynanın hava hücumundan müdafiə sistemi ölkə sərhədləri daxilində Rusiyanın 13 PUA-sından 9-nu vurub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
İran istehsalı olan “Şahid” pilotsuz təyyarələri mərkəzi Poltava vilayəti, cənub-şərqi Zaporojya, Dnepropetrovsk vilayətləri və Xarkov vilayəti üzərində vurulub.
Dnepropetrovsk vilayətinin qubernatoru PUA-ların hüzum zamanı ticarət və yaşayış binalarına, həmçinin elektrik xəttinə ziyan vurduğunu bildirib.