Ukraynaya məxsus kamikadze pilotsuz təyyarələrin Belqorod vilayətinin Qrayvoronski rayonunun Rojdestvenka kəndinə hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Belqorodun qubernatoru Vyaçeslav Qladkov bildirib.
Onun sözlərinə görə, hücum 3 dron-kamikadze vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, Rusiya MN bu gün səhər saatlarında Belqoroda 11 PUA ilə hücum edildiyi haqda məlumat yaymışdı.