Ukraynaya məxsus PUA Kursk vilayətinin Tetkino kəndində yanğınsöndürmə idarəsinin binasına partlayıcı qurğu atıb, nəticədə növbətçi xilasedici yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, PUA hücumu nəticəsində xidməti yük maşını və şəxsi avtomobil zədələnib.