Ukrayna Rusiya və Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Ukraynanın Nazirlər Kabineti Rusiya və Belarusla dövlət
sərhədində keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar
qəbul edib.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş anzri Denis Şmıqal
brifinq zamanı deyib.

“Hökumət Rusiya və Belarusla dövlət sərhədində keçid
məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib”, – deyə baş nazir
bildirib.

Onun sözlərinə görə, hazırda bu ölkələrin ərazisində olan və
vətənə qayıtmaq istəyən Ukrayna vətəndaşları ölkəyə maneəsiz daxil
ola biləcəklər.