Qərb eskalasiya yolu ilə gedir, Rusiya təhdidləri neytrallaşdırmaq üçün bütün lazımi tədbirləri görəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Kiyevin Rusiya səmasında “Patriot” zenit-raket komplekslərindən mümkün istifadəsini şərh edərkən deyib.
“Bilirik ki, Qərb ölkələri eskalasiya yolu ilə gedir. Ona görə də belə bir təhdidləri neytrallaşdırmaq üçün tərəfimizdən lazım olan bütün tədbirlər görüləcəkdir”, – o bildirib.
Qeyd edək ki, Ukrayna ordusuna “Patriot”lardan istifadə ilə rus qırıcıları Rusiya səmasında vurmasına razılıq verilib.