Ukraynanın potensial təhlükə yaradan Rusiya hərbi təyyarələrini vurmaq hüququ məhdudlaşdırılmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Con Kirbi deyib.
“Mən sadəcə qeyd etmək istəyirəm ki, bu kontekstdə müəyyən çaşqınlıq var. Ukraynalıların düşmən təyyarələrini vurmasına heç vaxt məhdudiyyət qoyulmayıb, hətta həmin təyyarələr Ukraynanın hava məkanında mütləq olmasa belə”, – Kirbi bildirib.