Rusiyanın Belqorod vilayətində sursat anbarında partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat verib.
“Belqorod rayonunun Oktyabrski qəsəbəsində Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində döyüş sursatı olan anbar partlayıb. İlkin məlumatlara görə, ölən və yaralananlar var”, – məlumatda qeyd edilib.