Səhər saatlarında Ukraynaya məxsus PUA Tambov vilayətindəki neft bazasına hücum edib.
AzerTimes xəbər verir ki, bunu vilayət qubernatoru Maksim Yeqorov deyib.
“Tambov vilayətinin Miçurinski bələdiyyə rayonunda səhər saat 4:35-də neft bazasına PUA hücumu olub. Nəticədə yanğın baş verib. Hazırda yanğın söndürülüb. İtki yoxdur. Ən yaxın məskunlaşma ərazisi 3 km məsafədədir, lazım gələrsə, sakinlər evakuasiya ediləcək”, – o bildirib.