Əsir düşən “Azovstal” müdafiəçiləri ilə bağlı danışıqlar olduqca ağır gedir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O qeyd edib ki, hazırda Ukrayna Rusiya Federasiyası ilə yalnız girovlar və digər taktiki məsələlərlə bağlı danışıqlar aparır:
“Biz “Azovstal”ın müdafiəçilərindən də danışırıq, amma işlər ağır gedir, çünki Rusiya onlardan maksimum təbliğat faydası əldə etmək istəyir. BQXK və BMT bu məsələdə zəifdir. Onlar fəallaşmalıdırlar”.