Rusiya ilə müharibəyə görə Ukrayna ay ərzində 5-6 milyard dollar vəsait xərcləyir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer deyib.
“Müharibə ilə üzləşən hökumətin orta aylıq xərcləri, son hesablamalara görə, təxminən 5-6 milyard dollar təşkil edir. Bu, olduqca böyük xərcdir. Hətta ABŞ administrasiyasının Ukraynaya yardım kimi ayırmağa hazırlaşdığı 7,5 milyard dollar da bütün ehtiyacları ödəməyə kifayət etməyəcək”, – Pauer bildirib.