Ukraynanın Rusiya ilə mümkün danışıqlara hazırlığını dəstəkləyəcəyik.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
“Onlar Rusiyanı sammitə nə vaxt dəvət etmək istəsələr, biz, əlbəttə ki, bunu dəstəkləyəcəyik”, – deyə Miller Moskvanın iştirakı ilə Ukrayna üzrə çoxtərəfli konfransın keçirilməsi perspektivlərini şərh edərkən bildirib.
Amerikalı diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı qərarı Kiyev verməli olacaq.