Ukrayna müəyyən vaxtda Rusiya ilə danışıqlara başlamalı olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
O bildirib ki, danışıqlar masasına qayıtmaq hər iki tərəfin maraqlarına cavab verir:
“Müəyyən zamanda və mümkün qədər tez bütün tərəflərin danışıqlara qayıtmasını arzulayıram. Düşünürəm, bu həm Ukrayna, həm də Rusiyanın maraqlarına cavab verəcək”.