Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.
“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Yaralılar yoxdur”, – deyə o bildirib.
Hadisə yerində xüsusi xidmət orqanları çalışır.
Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.