Ukrayna Rusiya ərazisini niyə vurmur?

Ukrayna Rusiya ərazisini niyə vurmur?

Bu gün Ukraynanın faktiki olaraq Rusiyanın Belqorod şəhərinə zərbə endirmək üçün heç nəyi yoxdur. Ukrayna Silahlı Qüvvələrində olan silahlardan yalnız “Toçka-U” taktiki raket sistemi həmin əraziyə çata bilər.

AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert bildirib ki, Ukrayna HİMARS-larla Belqoroda hücum edə bilməz:

“HIMARS-ın cəbhəyə 10 km-dən çox yaxınlaşması təhlükəli ola bilər. Ona görə də zərbə Belqoroda çatmayacaq”.

Jdanovun sözlərinə görə, Belqoroda atəş açmaq siyasi qərardır:

“Məncə, bu, bizim yox, kollektiv Qərbin qərarıdır ki, Rusiya ərazisini atəşə tutmayaq. Məsələn, Almaniya Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli mərmilərin ötürülməsi üçün əsas şərt olaraq Rusiya ərazisinə zərbələr endirilməməsini qoyur”.

Teqlər: