Rusiyanın Belqorod vilayətində təyyarə tipli PUA zərərsizləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 11-də Moskva vaxtı ilə saat 13:00 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri PUA-nı məhv edib”, – məlumatda qeyd edilib.