Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində növbəti Ukrayna PUA-sını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Fevralın 24-də Moskva vaxtı ilə saat 20:00 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərə PUA-dan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus PUA Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – məlumatda qeyd edilib.