Ukrayna-Rusiya danışıqları bu sarayda keçiriləcək

Ukrayna-Rusiya danışıqları bu sarayda keçiriləcək

İyunun 2-də Ukrayna üzrə danışıqların ikinci raundu İstanbulun Çırağan sarayında keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

“Tərəflər əvvəllər danışıqları davam etdirmək barədə razılığa gəliblər. Bu danışıqların sabah Çırağan sarayında davam etdirilməsi planları var”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna üzrə danışıqların birinci raundu İstanbulun Dolmabağça sarayında keçirilmişdi.

Teqlər: