Ukrayna-Rusiya arasında sülh ən vacib həll və çıxış yoludur – Türkiyə Prezidenti

Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar
görmədiyi, yaşamadığı bir proses idi. Bu gün Rusiya ərazisinə,
əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə
dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür. Bu vəziyyətə
göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün
Ukraynanın 45 milyona yaxın əhalisi var və o qədər də kiçik yer
deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən
jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bir həftə, 10 günə bu müharibə bitmir. Amma
bitib-bitməməsindən əlavə, daha vacib bir mövzu var, o da çoxlu
itkilərin olmasıdır.

“Xüsusilə, uşaq və qadınlar baxımından ciddi itkilər olub. İndi
onlara məhəl qoymamaq mümkün deyil. Təbii ki, burada belə bir
mənzərə var ki, hətta güclü Rusiyanın belə ciddi itkiləri var. Bu
baxımdan, sülh ən vacib həll və çıxış yoludur”, – deyə R.T.Ərdoğan
bildirib.

Teqlər: