Ukraynanın Xarkov vilayətində sərhədçilər rusların texnikasını və mövqelərini məhv etməkdə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Xarkov vilayətində “Polad Sərhəd” Qvardiya hücum briqadasının sərhədçiləri işğalçıların müşahidə məntəqəsini və düşmənin texnikasını məhv etmək üçün hücum PUA-larından istifadə ediblər”, – məlumatda qeyd edilib.