İsrailin müdafiə şirkətlərindən biri Polşa vasitəsilə Ukrayna ordusunu PUA əleyhinə vasitələrlə təmin edir.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri yazıb.
Nəşrin məlumatına görə, şirkət İsrail Müdafiə Nazirliyinə məlumat verib ki, satış Polşaya edilib və Varşavanın bu PUA-ların Ukraynaya ötürülməsində vasitəçi olduğunu bilməyib.
Şirkətdəki mənbə düşmən PUA-larını sıradan çıxara biləcək bu vasitələrin öncül müdafiə texnologiyasına sahib olduğunu və buna görə də Ukraynaya satışı nəzərdə tutulmadığını qeyd edib.